image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-643860394_1469819337831173_1886367924328481607_n

“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur

image-legitimaz-810x90

“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur.

 

“Xocalıya ədalət!” hərəkatı sadəcə bir kampaniya deyildi; o, yaddaşın əsrlərə qalib gələn səsidir. Bu səs əvvəlcə bir ana harayı kimi başladı, sonra minlərin nidasına çevrildi. 2008-ci ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçirilən tədbirlər, sərgilər və konfranslar vasitəsilə bu haray qitələri aşdı. 613 şəhidin ruhu artıq təkcə Xocalı torpağında deyil, Mexiko parlamentinin tribunasından, Roma küçələrindəki rəsmlərdən və Bosniya məktəblərindəki dərslərdən səslənirdi. Bu səsin gücü o qədər böyük idi ki, 20-dən çox dövlət rəsmi şəkildə Xocalı soyqırımını tanıdı, dünyanın müxtəlif ölkələrində faciəni qınayan qətnamələr qəbul edildi.

Hərəkatın təsiri beynəlxalq təşkilatların salonlarında qərar qətnamələrlə bitmədi. O, sıravi insanların qəlbinə yol tapdı. Meksika, Pakistan, Çexiya, Rumıniya kimi ölkələrdə yerli rəssamların fırçasından Xocalı qurbanlarının portretləri axdı, dünyanın müxtəlif universitetlərində gənclər Xocalı üçün ədalət axtarmağa başladı. Türkiyənin 10-dan çox şəhərində Xocalı abidələri ucaldı, Bosniyanın Sarayevo şəhərində bir küçəyə “Xocalı” adı verildi . Bu, sadəcə siyasi dəstək deyil, qardaş xalqların ortaq yaddaşına çevrilən bir vəfa borcu idi. Hər il 26 fevralda milyonlarla insan paltarlarına Xocalı simvolu olan lalə taxaraq bu faciəyə işıq tutdu, susmağa susdu.

Bu hərəkatın ən böyük təsiri isə ədalətin nəhayət tarixə qalib gəlməsində özünü göstərdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan zəfər və 2023-cü ildə tam suverenliyin bərpası ilə Xocalıya qayıdış başladı. Xarabalığa çevrilmiş şəhər yenidən tikildi, yeni evlərdə körpə səsləri yüksəldi. Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı ilə həmin 613 günahsız insanın xatirəsi əbədiləşdirildi. “Xocalıya ədalət!” hərəkatı yalnız beynəlxalq tanınma gətirmədi, o, bir xalqın öz torpağında dirçəlişinin, haqqın batildən üstün olduğunun ən böyük sübutu oldu və sonda bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesində Xocalıda ağılasığmaz cinayətlər törətmiş vəhşilər məhkəmə qarşısında cavab verərək cəzalandırıldılar.

 

   Zərdab rayonu Otmanoba kəndikənd sakini-Gilanə Novruzova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki