Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Xeberaz.info” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
O qeyd edib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.