image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1763287732_whatsapp-image-2025-11-16-at-14-06-08

Xaricdə işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanıldı

image-legitimaz-810x90

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

Dİn-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Xeberaz.info”a verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki