image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-thumb

Xankəndi Zirvə görüşü dostluğun daha bir bariz nümunəsinə çevrildi

image-legitimaz-810x90

Xankəndi Zirvə görüşü dostluğun daha bir bariz nümunəsinə çevrildi

Prezident İlham Əliyevin tarixi çıxış kimi dəyərləndirilən Xankəndi bəyanatında digər mühüm xatırlatma Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı oldu. Ötən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən “İstanbul Bəyannaməsi”nin qəbulundan sonra bu mövzuya yenidən qayıdılması da mühüm məsələ idi. Dövlət başçımız bu xəbərdarlıqla İrəvanı Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin etmək iradəsini əks etdirdi.

Qarabağ ECO dövlətləri üçün də doğma ünvandır, son illərdə siyasi, iqtisadi, sosial-humanitar tədbirlərin bu bölgədə ənənə halını alması, Şuşada ECO-nun Biznes-Forumunun, Ağdamda Gənclər Forumunun, Laçında isə Qadınlar Forumunun təşkili bunu təsdiqləyir.

Eyni zamanda, 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi İslam dünyasının siması sayılan bu şəhərə verilən ali dəyərin nümunəsidir. Eləcə də, ECO koalisiyasında birləşən investorların azad ərazilərdəki iqtisadi proqramlarda fəal rol almaq marağı böyükdür. Təşkilatın nümayəndə heyəti ilə keçirilən görüşlərdə sərmayəçilərə bu bölgənin aqrar və sənaye layihələrində təmsil olunmaq niyyətlərini çatdırıblar. Artıq bir sıra dövlətlər faktiki olaraq bu iqtisadi zəncirə qoşulub, digərlərinin də biznes planlarının gerçəkləşməsi yaxın gələcəkdə gözlənilir.

Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Azərbaycan ECO ilə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün dayanmadan səmərəli layihələrdə iştirak edir, sivilizasiyalararası dialoqa, humanitar əməkdaşlığa, sülh təşəbbüslərinin təşviqinə dərin töhfələr verir.

2024-cü ildə  üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 95 milyard dollar olub. Ancaq tərəflər bunu qənaətbəxş hesab etmir, çünki bu üzv ölkələrin ümumi dövriyyəsinin cəmi 10 faizini təşkil edir. Ona görə də, yeni layihələr, investisiya və logistika bağlantıları ilə iqtisadi axınların gücləndirilməsi hədəflənib. “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyası da məhz ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Xankəndi Zirvə görüşü dostluğun daha bir bariz nümunəsinə çevrildi. O, səsləndirilən fikir və təkliflərin Katiblik tərəfindən ümumiləşdirilərək ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026‒2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacağını bildirdi.

Beləliklə, 17-ci Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə vermiş oldu.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki