image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558226747_1357721279040980_4386072224329736608_n

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik  köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir

image-legitimaz-810x90

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik  köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir

Türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşü tarixi əhəmiyyət daşımaqla hazırkı geosiyasi çağırışlar fonunda TDT-nin sülhün və sabitliyin təmin olunmasında birgə səylər göstərmək niyyətini nümayiş etdirir. Azərbaycanın xarici siyasəti türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini prioritetləşdirir. Prezident İlham Əliyevin Zirvə görüşlərindəki çıxışları və təşəbbüsləri TDT-ni yalnız mədəni yox, həm də ciddi geosiyasi mərkəzə çevirməyə hədəfləyir. Qəbələdə keçirilən XII Zirvə Görüşündə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi də ölkənin bu təşkilatdakı liderlik mövqeyinin rəsmi təsdiqidir. Görüşdə səsləndirilən fikirlər bir daha göstərdi ki, artıq Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəzə çevrilmiş strateji güc birliyidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.”

Əsası 2009-cu ildə imzalanan Naxçıvan sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı Türk Dünyası ölkələri arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə qarşısında dayanan vəzifələri reallaşdırmaq istiqamətində uğurlu inkişaf yolu keçib. Azərbaycan həmişə Türk Dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas aktoru və hərəkətverici qüvvəsi kimi çıxış edib. Qəbələ Zirvəsi isə bu sənədin ruhuna uyğun olaraq vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ oldu. Cənab Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.” Azərbaycanın təşəbbüsü ilə 2026-cı ildə TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi də bu istiqamətdə yeni addımdır. Bu təşəbbüs, əslində, bölgənin müdafiə gücünün birləşdirilməsini və gələcəkdə mümkün təhdidlərə qarşı kollektiv təhlükəsizlik modelinin formalaşdırılmasını nəzərdə tutur.

Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşü “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirildi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işləri və əldə olunmuş nailiyyətləri qiymətləndirdilər, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Zirvə görüşündə quruma müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak etdilər. Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Keçirilən tədbirlər türk ölkələrinin liderləri arasında əlaqələrin daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki