Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxt kı, iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. İyunun 15-i xalqımız qurtuluşu oldu və bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. Ömrünün böyük və mənalı hissəsini milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətçiliyimizin inkişafına həsr edən Ulu öndər Heydər Əliyev mənəvi dəyərlərimizə əsaslanan azərbaycançılıq məfkurəsini qarşıya qoyulmuş ən ümdə vəzifə kimi müəyyən etmişdir.
Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev atasının, ümummilli liderimizin ən müqəddəs arzusunu, onun ən ağrılı yeri olan bir vəzifəni həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. O Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Qarabağımızı azad edərək Azərbaycanın ərazi bütövlüyümüzü bərpa etdi. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova