image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-dem-qazi

Xaçmazda 20 yaşlı gənc dəm qazından öldü

image-legitimaz-810x90

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Xeberaz.İnfo” xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.

İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.

A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki