image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-aazer_badamov908

Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

image-legitimaz-810x90

Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

27 sentyabr 2020-ci il tarixdə Ermənistan cəbhə xəttində genişmiqyaslı hərbi təxribatlara başladı və düşmənin hərbi təxribatının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, cəmi 44 gün ərzində düşmən qüdrətli ordumuzun qarşısında diz çökdü. 44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular.

Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir və bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu müstəqil xarici siyasət yürüdür və qalib tərəf kimi bölgədə dayanıqlı sülhün bərqərar olması üçün öz müsbət töhfələrini verir.

Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız bu müharibə tarixə İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi kimi həkk olundu.

Şanlı ordumuz 3 oktyabrda Suqovuşanı, 4 oktyabrda Cəbrayılı, 9 oktyabrda Hadrutu, 17 oktyabrda Füzulini, 20 oktyabrda Zəngilanı, 25 oktyabrda Qubadlını və nəhayət, 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və                 1 dekabrda Laçın Azərbaycana qaytarıldı.

Şuşanın azad olunması Vətən müharibəsinin ən uğurlu, inanılmaz əməliyyatıdır. Bu döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam oldu. Hərbi cəhətdən Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi. Noyabrın 9-da rəşadətli Azərbaycan Ordusu 70-dən çox yaşayış məntəqəsini və bir neçə mühüm strateji əhəmiyyətli yüksəkliyi işğalçılardan azad etdi.

İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur. Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətlər tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət edərək şanlı Qələbəmizi elan etməsi o günlərdə həmrəylik nümayiş etdirən dünya azərbaycanlıları tərəfindən böyük coşqu, sevinc hissi ilə qarşılandı.

Xalqımızın ədalətli mübarizəsinin – Vətən müharibəsinin 44 günün hər günü şanlı tarixdir. Azərbaycan Ordusu hər gün irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Dövlətimiz şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

İkinci Qarabağ müharibəsi qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük Zəfərlə başa çatdı. Azərbaycan Qələbə qazandı, tarixi ədalət bərpa olundu. İşğaldan qurtuluşu sonlandıran Zəfərin başlanğıcı 27 sentyabrdı. Bu tarix Azərbaycan Ordusunun qüdrətini tarixləşdirən qələbənin ilkidir.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki