image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-venesuela

Venesuela kəşfiyyatı rusiyalı məmuru həbs etdi

image-legitimaz-810x90

Venesuelanın Hərbi Əks-kəşfiyyatının Baş İdarəsi Karakasda Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Roman Frolenkonu həbs edilib.

Xeberaz.info xəbər verir ki, bu barədə “İnfobae” nəşri məlumat yayıb.

Qeyd edilir ki, o, San Bernardino rayonundakı evində mayın 15-də saxlanılıb, mənzildə axtarış aparılıb.

Nəşr həbsin Frolenkonun Karakasda yerli “La Piedrita” silahlı qruplaşması tərəfindən təşkil edilmiş Naməlum əsgər abidəsinin açılışında iştirak etməsi ilə əlaqələndirir:

“Frolenko bir neçə il ərzində Venesuelada qaranlıq bizneslə məşğul olub və özəl sahibkarları hədəf alan fırıldaqçılıqlar edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki