Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini bərpa etdikdən sonra dövlətçiliyini bərpa etmək üçün tarixi fürsət əldə etmiş oldu.Lakin Ermənistanın XX əarin sonunda Azərbaycana qarşı başladığı əsassız ərazi iddiaları,eləcə də hərbi təcavüzü ilə qarşılaşdıq və nəticədə torpaqlarımız işğal altına düşdü .Həmin dövrdə ölkə çətin vəziyyətdə idi-ordu formalaşmamışdı ,hansı istiqamətdə addımlar atılacağı bilinmirdi.Həmçinin sabitlik yox idi,xaos,hakimiyyətsizlik hökm sürürdü.Ümummilli liderimiz Heydər Əliyev azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə baglı çox mühüm qərarlar aldı.
1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.Sovet rəhbırliyinin himayıdarlığı ilə başlayan Qarabağ münaqişəsi,Azərbaycan xalqına qarşı soyqırımı və azərvaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlardan qovulması bu siyasətin mərhələləridir.Bununla yanaşı 1990-cı ilin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının milli həmrəyliyinin nümayiş etdirən mühüm hadisələrdən biri kimi müasir tariximizə şərəf və qəhramanlıq səhifəsi kimi yazıldı.
Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi ,bütövlüyü təmin edən , milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdu. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdi. Qeyd etmək lazımdır ki, ulu öndərin 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı mühüm əhəmiyyət daşımışdır.
Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir.Xüsusi qeyd edilməlidir ki, dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmişdir və hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür. Ölkə vətəndaşlarının həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyini təmin edən Bayraq Gününün qeyd olunması, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi prosesinə də güclü təsir göstərir.
Bayraq istənilən ölkənin dəyər verdiyi ən mühüm atributlardan biridir. Buna görə də, Azərbaycan bayrağı hər bir azərbaycanlı üçün şərəfli və dəyərlidir. Bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Buna görə də, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur mənbəyi hesab edilir. Bayraq həm də xalqın apardığı azadlıq mübarizəsinin ən real ifadəsidir. Məhz bu baxımdan Azərbaycan xalqının azadlığını, dövlətimizin suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəsini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc




















