image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuşdur

image-legitimaz-810x90

Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuşdur

8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycan cəmiyyətində sadəcə təqvim bayramı deyil, həm də qadınlarımızın ölkənin ictimai-siyasi, mədəni və mənəvi həyatında oynadığı əvəzsiz rolun dövlət səviyyəsində təsdiqidir. Azərbaycan qadını tarix boyu öz zəkası, mərdliyi və fədakarlığı ilə seçilmiş, həm ailə dəyərlərinin qoruyucusu, həm də cəmiyyətin tərəqqi mühərriki olmuşdur. Bu tarixi yolun ən parlaq səhifələrindən biri 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə açılmışdır. Hələ bir çox inkişaf etmiş Qərb ölkələrində qadınların səsvermə hüququ müzakirə edildiyi bir dövrdə, Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi xalqımızın demokratik təfəkkürünün və qadına verdiyi yüksək dəyərin tarixi sübutudur. Bu ənənənin davamı olaraq Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi onların təşkilatlanması və ictimai fəallığının artırılmasında mühüm mərhələyə çevrilmişdir. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Müasir müstəqil Azərbaycan dövlətində qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu siyasətin strateji əsaslarını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Ulu Öndər qadınların cəmiyyətdəki yerini yüksək qiymətləndirərək bildirirdi ki, Azərbaycan qadını öz zəkası, biliyi, istedadı və qeyrəti ilə hər yerdə hörmətə layiqdir. Ölkəmizdə qadın siyasətinin effektivliyini təmin edən ən mühüm amillərdən biri məhz Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandır. Bu tarixi sənəd qadınların dövlət idarəçiliyində təmsilçiliyini artırmaq, onlara bərabər imkanlar yaratmaq üçün güclü hüquqi zəmin yaratmışdır. Bu gün qadın haqlarının hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin bir sıra dövlət proqramları, Əmək, Ailə və Mülki məcəllələrlə möhkəm təsbit olunur. Gender bərabərliyi siyasəti çərçivəsində həyata keçirilən islahatlar qadınların həm sosial, həm də iqtisadi müstəqilliyini təmin etməyə xidmət edir.
Dövlət qadın siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə qadınların fəal vətəndaşlıq mövqeyi sərgiləməsi üçün hər tərəfli şərait yaradılmışdır. Hazırda Azərbaycan qadınlarının aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini – təhsildən səhiyyəyə, ordudan diplomatiyaya qədər hər bir istiqaməti əhatə edir. Milli Məclisdə qadınların yüksək səviyyədə təmsilçiliyi qanunvericilik prosesində onların səsini daha eşidilən edir. Bu uğurlu modelin ən parlaq nümunəsi ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım öz fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını dünyaya “yumşaq güc”ün rəmzi kimi təqdim edir. Onun rəhbərlik etdiyi humanitar layihələr, xüsusilə “Güclü Cəmiyyətin Zərif Simaları” kimi təşəbbüslər qadınların potensialının üzə çıxarılmasına və milli-mənəvi irsimizin qorunmasına böyük töhfə verir.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki