Rusiyanın Müdafiə Nazirliyi ötən gecə Ukrayna tərəfindən həyata keçirilən genişmiqyaslı PUA hücumları ilə bağlı açıqlama yayıb. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynadan göndərilən 122 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
”Xeberaz.info” xəbər verir ki, hücumlar ölkənin 12 bölgəsini əhatə edib, o cümlədən Moskva da daxil olmaqla Bryansk, Kursk, Oryol, Smolensk, Voronej, Belqorod, Kaluqa, Krım, Leninqrad, Lipetsk və Tula vilayətlərində PUA-lar vurulub.
Ən çox insidents Bryanskda (43 dron) və Kurskda (38 dron) qeydə alınıb. Voronejdə dron qalıqlarının yaşayış binasına düşməsi nəticəsində üç yeniyetmə müxtəlif dərəcəli xəsarət alıb, bir neçə mənzilə ziyan dəyib. Smolensk və Kaluqa vilayətlərində də yaralananların olduğu bildirilib.
Leninqrad vilayətində yerləşən Pulkovo hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti olaraq fəaliyyətini dayandırıb, lakin daha sonra yenidən açılıb.