Ukraynanın bölünməsinə yol verilə bilməz, çünki bu, gələcək müharibələr və münaqişələr üçün presedent yaradacaq.
Xeberaz.info xəbər verir ki, bu açıqlamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında verib.
“The Guardian” qəzeti onun çıxışını yayıb: “Əgər bu gün sərhədlərin pozulmasını qanuniləşdirib rəsmiləşdirsək, sabah yeni müharibələrə qapı açacağıq. Buna yol verə bilmərik”.
O, suveren dövlətin birtərəfli bölünməsinin mümkün olmadığını və sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyini vurğulayıb. Bundan əlavə, fon der Lyayen Rusiyanın Ukrayna münaqişəsinin həllində maraqlı olduğunu nümayiş etdirmədiyini vurğulayıb.


























