image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-rus-esir

Ukraynadan əsir hərbçilərin ilk qrupu qaytarıldı – Rusiya MN

image-legitimaz-810x90

25 yaşına çatmamış rusiyalı hərbi əsirlərin birinci qrupu İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq Rusiyaya qaytarılıb.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri Kiyevə təhvil verilib”, – məlumatda bildirilib.

Mübadilə edilən əsirlərin sayı açıqlanmayıb.

Bildirilib ki, hazırda hərbçilər Belarusdadırlar, onlara zəruri psixoloji və tibbi yardım göstərilir.

“Bütün rusiyalı hərbçilər Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün ölkəyə gətiriləcəklər”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki