image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b716ef65266cf7dd4e5ed129eab5b7fb

“Ukraynada döyüşən amerikalılar vətəndaşlıqdan çıxarılmalıdır” – ŞOK AÇIQLAMA

image-legitimaz-810x90

ABŞ-də tanınmış sağçı televiziya aparıcısı və siyasi şərhçi Taker Karlson Ukraynada döyüşən amerikalıların ABŞ vətəndaşlığından məhrum edilməsini təklif edib.

”Xeberaz.info” xəbər verir ki, tanınmış media siması bu fikirləri son açıqlamasında səsləndirib.

“ola bilməz ki, insan başqa bir ölkə uğrunda vuruşsun və hələ də amerikalı olaraq qalsın,” – deyə Karlson bildirib.

Onun sözlərinə görə, başqa bir ölkə, xüsusilə də ABŞ-nin rəqib və ya neytral münasibətdə olduğu dövlət uğrunda döyüşmək amerikalı vətəndaş anlayışı ilə ziddiyyət təşkil edir.

Karlsonun bu bəyanatı ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Bəziləri onun fikirlərini milli təhlükəsizlik baxımından əsaslı saysa da, digər tərəf ifadə və hərəkət azadlığına müdaxilə kimi dəyərləndirib.

Qeyd edək ki, ABŞ qanunlarına görə, bir vətəndaşın vətəndaşlıqdan çıxarılması yalnız könüllü şəkildə düşmən bir orduda xidmət göstərməsi hallarında nəzərdə tutulur. Bu səbəbdən Karlsonun çağırışı hüquqi əsasdan çox siyasi və ideoloji xarakter daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki