Hazırda Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan hissəsi tamamən işıqsız qalıb.
”Xeberaz.info” xəbər verir ki, bu barədə vilayət qubernatoru Yevgeni Balitski məlumat yayıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin zərbələri zamanı yüksək gərginlikli texniki avadanlığın zədələnməsi nəticəsində regiona elektrik enerjisinin verilişi kəsilib.