Voronej şəhərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı çoxmərtəbəli binanın yuxarı mərtəbələrinə çırpılıb.
”Xeberaz.info” xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat yayıb.
Hücum nəticəsində 3 uşaq yaralanıb. Onlar kəllə-beyin travması və sıyrıqlarla xəstəxanaya yerləşdirilib.
SHOT Telegram kanalı hadisə şahidlərinə istinadən yazır ki, dron Aivazovski küçəsi yaxınlığında, Voronejin kənarında yerləşən binaya çırpılaraq partlayıb.
“İlkin məlumata görə, binanın fasadı və bir neçə mənzil zədələnib. Qalıqlar aşağıda dayanan avtomobillərin üzərinə düşüb”, – deyə SHOT qeyd edir.
Voronejə aid yerli Telegram kanallar isə son bir saat ərzində şəhərdə partlayış səslərinin eşidildiyini bildirirlər.
Musavat.com


