image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-moskva-city

Ukrayna Moskva və ya Piteri niyə vurmur? – Ekspert

image-legitimaz-810x90

Rusiya paytaxtının və ya Sankt-Peterburqun yaşayış məntəqələrinə zərbə vurmağın mənası yoxdur, çünki bu, hərbi əməliyyatların gedişinə təsir etməyəcək və əhali yalnız qəzəblənəcək.

”Xeberaz.info” xəbər veri ki, bu sözləri ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib.

“Onların heç bir təsiri olmazdı. Yalnız əhalini qəzəbləndirərdilər. Baxın, bizi vururlar – bizdə “təslim olmaq” meyli yaranıbmı? Mən belə meyllər görmürəm, mən belə adam tanımıram, onlar bizi yalnız qıcıqlandırırlar. Ona görə də mən Moskvanın yaşayış məntəqələrinə zərbə vurmaqda məna görmürəm”, – Romanenko bildirib.

Ekspert vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin “Moskva Siti” biznes mərkəzində pəncərələri sındırmağa cəhd etmək üçün çox olmayan pilotsuz təyyarələrini israf etməsinin mənası yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki