image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752934629_bf2015e2aa3fd345e67d8cfeb772644b

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir

image-legitimaz-810x90

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir

III Şuşa Qlobal Media Forumu bir daha Azərbaycanın regiondakı liderliyini, beynəlxalq gündəliyə strateji baxışını nümayiş etdirib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən Forum müasir dünyanın qarşı-qarşıya qaldığı çağırışlara real cavablar tapmaq məqsədini daşıyır. Bu ilki Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı tədbirin beynəlxalq miqyasda əhəmiyyətini bir daha təsdiqləyir. Şuşa Media Forumu artıq qlobal əhəmiyyətli dialoq məkanı kimi dünyada nüfuz qazanıb. Forumun yeni tikilmiş Şuşa Konqres Mərkəzində – Xankəndinin Zəfər meydanında keçirilməsi simvolik məna daşıyır. Bu, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, yenidənqurma işləri və təhlükəsizliyin bariz göstəricisidir.

Forumun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev bir sıra mühüm məsələlərə toxunaraq, ölkəmizin beynəlxalq siyasətdəki mövqeyini, ekoloji gündəliyini və regional nəqliyyat strategiyalarını aydın şəkildə ifadə edib. Bu beynəlxalq tədbirin məqsədi yalnız media məsələləri deyil, ümumilikdə qlobal gündəliyin müzakirəsidir. Dünyada sürətlə baş verən dəyişikliklər fonunda media doğru və çevik informasiya ötürülməsi baxımından strateji rol oynayır. Media dayanıqlılığı süni intellekt dövründə dezinformasiyaya qarşı ən vacib faktor olaraq təqdim edilir. Forumun əsas müzakirə mövzularından biri də süni intellekt dövründə informasiya təhlükəsizliyi və rəqəmsal media keçidinin idarə olunması idi. Azərbaycanda media sektorunun rəqəmsallaşması, süni intellektin media istehsalına və yayımına təsiri, dezinformasiya ilə mübarizədə texnoloji həllərin tətbiqi geniş analiz edilib. Bu dəyişikliklərə cavab vermək üçün ölkəmizin media ictimaiyyəti çevik, peşəkar və etik dəyərlərə sadiq şəkildə fəaliyyət göstərir. III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq müstəvidə öz sözünü deməsi, yeni təşəbbüslərlə çıxış etməsi və qlobal dialoq məkanına çevrilmək niyyətinin açıq təzahürüdür. Dövlətimizin yaşıl enerji, rəqəmsallaşma və geosiyasi strategiyası bu Forumda bir daha beynəlxalq ictimaiyyətə təqdim olunub. Şuşa isə artıq təkcə mədəniyyət paytaxtı deyil, həm də intellektual və siyasi debatların yeni ünvanıdır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki