Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 bal gücündə zəlzələ qeydə alınıb.
”Xeberaz.info” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ Datça rayonu sahilindən 155 kilometr məsafədə, Aralıq dənizində baş verib.
Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.