image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-turkiye-zelzele

Türkiyədə güclü zəlzələ oldu: ölən var – Video

image-legitimaz-810x90

Türkiyənin cənub-qərb sahilində 5,8 bal gücündə zəlzələ olub.

”Xeberaz.info” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb.

Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirilib.

Muğla valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin isə yaralandığını açıqlayıb.

O, dağıntıların olmadığını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki