image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq_meydani_120715

Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa

image-legitimaz-810x90

Ölkəmizdə təhsilin inkişafı, dövrün çağırışlarına uyğun olaraq təkmilləşməsi, yeniləşməsi əsas şərtdir. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə söykənir. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılır. Bütün dövrlər üçün bu çağırış öndə dayanır ki, cəmiyyətin inkişafının təminatçısı olan təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır. “Təhsil hər bir dövlətin gələcəyidir” söyləyən cənab İlham Əliyev bildirir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Azərbaycan hər zaman dünyada yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır. Bu uğurumuzu şərtləndirən əsas amil, təbii ki, islahatların qaçılmazlığı və onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsidir. Hazırda ölkəmiz inkişafın yeni mərhələsini yaşayr. Torpaqlarımızın işğaldan azad edilməsi və bərpa-quruculuq işləri ilə bağlı görüləcək işlər yeni Dövlət proqramlarının qəbulunu, həmin sənədlərdə müasir dövrün tələblərini özündə əks etdirən müddəaların yer almasını bir zərurət kimi qarşıya qoydu. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Milli Priortietlər sahibinə qovuşmuş ərazilərimizin malik olduqları potensialdan daha səmərəli istifadə etməyə geniş imkanlar yaradacaq. Əsas hədəflərdən biri bu torpaqları böyük investisiyalar məkanına çevirmək, Azərbaycanı dayanıqlı inkişafına davamlı töhfələr verməkdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin çağırışlarında bu mühüm məqam da yer alır ki, kadr hazırlığı ölkənin iqtisadi inkişafına uyğun olmalıdır. Təbii ki, bu hədəf təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasını stimullaşdırır. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamlar ali təhsil sisteminin rəqabətliliyinin artırılmasını, beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoydu. Dövlət başçısının “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir. Bu kimi mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Rəqabətin artması isə öz növbəsində təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır.

 

Zərdab rayon Ağsaqqallar Şurasının sədri – Rasim Hüseynov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki