image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-kiyev-yeni

Trampın Ukrayna ilə bağlı sülh planı – Tam mətn

image-legitimaz-810x90

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının mətni açıqlanıb.

Xeberaz.info verir ki, planın tam mətni ukraynalı deputat Aleksey Qonçarenko tərəfindən yayılıb.

28 maddədən ibarət sənəddə aşağıdakı müddəalar yer alır:

1. Ukraynanın suverenliyi təsdiqlənəcək.

2. Rusiya, Ukrayna və Avropa arasında hücuma yol verməmək barədə tam və hərtərəfli razılaşma imzalanacaq. Son 30 ilin bütün mübahisəli məqamları həll olunmuş hesab ediləcək.

3. Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə daha da genişlənməyəcək.

4. ABŞ vasitəçiliyi ilə Rusiya və NATO arasında təhlükəsizlik məsələlərinin həlli və qlobal sabitliyin təmin edilməsi üçün dialoq baş tutacaq.

5. Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri veriləcək.

6. Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq.

7. Ukrayna Konstitusiyasında NATO-ya qoşulmayacağını rəsmiləşdirəcək, NATO isə öz nizamnaməsində Ukraynanın gələcəkdə üzvlüyə qəbul edilməyəcəyini təsbit edəcək.

8. NATO qoşunları Ukraynada yerləşdirilməyəcək.

9. Avropa qırıcı təyyarələri Polşada bazalaşacaq.

10.ABŞ-ın zəmanəti:

ABŞ bu zəmanətə görə kompensasiya alacaq.

Əgər Ukrayna Rusiyaya hücum edərsə, zəmanət qüvvədən düşəcək.

Əgər Rusiya Ukraynaya hücum edərsə, sərt hərbi cavabla yanaşı bütün sanksiyalar bərpa ediləcək və bu razılaşmadan əldə olunan üstünlüklər ləğv olunacaq.

Əgər Ukrayna səbəbsiz yerə Moskva və ya Sankt-Peterburqa raket atarsa, təhlükəsizlik zəmanəti etibarsız sayılacaq.

11. Ukrayna Avropa İttifaqına üzv ola bilər və bu müddət ərzində Avropa bazarına güzəştli çıxış əldə edəcək.

12. Ukraynanın bərpası üçün qlobal maliyyə paketi hazırlanacaq:

“Ukraynanın İnkişaf Fondu” yaradılacaq və texnologiyalar, süni intellekt, enerji və infrastruktur kimi sahələrə sərmayə qoyulacaq.

ABŞ Ukraynanın qaz infrastrukturunun bərpasında iştirak edəcək.

Müharibədən zərər görmüş ərazilərin bərpası və şəhərlərin yenidən qurulması həyata keçiriləcək.

Dünya Bankı bu proses üçün xüsusi maliyyə proqramı hazırlayacaq.

13. Rusiya dünya iqtisadiyyatına reinteqrasiya olunacaq:

Sanksiyaların mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.

ABŞ və Rusiya enerji, resurslar və yüksək texnologiyalar sahəsində uzunmüddətli əməkdaşlıq sazişi imzalayacaq.

Rusiya G8-ə dəvət olunacaq.

14. Dondurulmuş Rusiya aktivlərinin 100 milyard dollarlıq hissəsi Ukraynanın bərpasına yönəldiləcək, ABŞ bu gəlirin 50 faizini əldə edəcək. Avropa İttifaqı əlavə 100 milyard dollar ayıracaq.

1️5. ABŞ və Rusiya təhlükəsizlik üzrə birgə işçi qrup yaradacaq.

16. Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini qanuniləşdirəcək.

1️7. ABŞ və Rusiya nüvə silahlarının yayılmaması və nəzarəti barədə müqavilələri, o cümlədən SNV-1 sazişini uzadacaq.

18. Ukrayna nüvəsiz dövlət statusunu təsdiqləyəcək.

1️9.Zaporojye Atom Elektrik Stansiyası Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında fəaliyyət göstərəcək, hasil edilən elektrik enerjisi Ukrayna və Rusiya arasında 50/50 bölünəcək.

20. Təhsil və tolerantlıq proqramları tətbiq ediləcək, hər iki ölkədə nasist ideologiyasına qarşı qadağalar gücləndiriləcək.

21. Ərazi məsələləri:

Krım, Donetsk və Luqansk de-fakto Rusiyanın tərkibində tanınacaq.

Xerson və Zaporojye vilayətlərində cəbhə xətti “dondurulmuş” vəziyyətdə qalacaq.

Rusiya beş bölgədən kənarda işğal etdiyi ərazilərdən imtina edəcək.

Donetskin bir hissəsi neytral, demilitarizasiya olunmuş zona kimi tanınacaq.

22. Ukrayna və Rusiya razılaşdırılmış sərhədləri güc yolu ilə dəyişməyəcəklərinə dair öhdəlik götürəcəklər.

23. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən ticarət məqsədilə istifadəsinə mane olmayacaq.

2️4. Humanitar komitə yaradılacaq: əsirlərin “hamı-hamıya” prinsipi ilə mübadiləsi, uşaqların və ailələrin birləşdirilməsi həyata keçiriləcək.

25. Razılaşmadan 100 gün sonra Ukraynada seçkilər keçiriləcək.

26. Münaqişəyə cəlb olunan bütün tərəflərə amnistiya veriləcək.

27. Razılaşmanın icrasına ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə “Sülh Şurası” nəzarət edəcək. Pozuntulara görə sanksiyalar tətbiq ediləcək.

28. Sənədin imzalanmasından dərhal sonra atəşkəs qüvvəyə minəcək və qoşunlar razılaşdırılmış mövqelərə çəkiləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki