Bu həftə ABŞ Prezidenti Donald Tramp Dmitri Medvedyevin şifahi təxribatlarına cavab olaraq Rusiyanı Hərbi Dəniz Qüvvələri ilə hədələdi. Bununla belə, bugünkü ABŞ Hərbi Dəniz Qüvvələri çətin günlərdən keçir və yəqin ki, göründüyündən daha zəifdir.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Gəmiqayırma və gəmi təmiri sənayesi uzun müddətdir ki, təcrübəli kadr çatışmazlığı səbəbindən şikayətlənir. Məhdud tərsanə və köhnə avadanlıq problemləri də var. Bu problemlər Soyuq Müharibədən sonra dövlət gəmiqayırma zavodlarına investisiyaların çatışmazlığını və Amerika dəniz sənayesinin daha geniş şəkildə tənəzzülünü əks etdirir”,- qeyd olunub.