image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-qezza-yeni

Trampın planı: Bir milyon fələstinli bu ölkəyə köçürülür

image-legitimaz-810x90

ABŞ Prezidenti Donald Tramp administrasiyası 1 milyon fələstinlinin Qəzza zolağından Liviyaya köçürülməsi planı hazırlayır.

”Xeberaz.info” xəbər verir ki, bu barədə NBC mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Liviya miqrantları qəbul etməyə razılıq verərsə, Vaşinqton əvvəllər dondurulmuş aktivlərinin blokunu açacağını vəd edir.

Bu təşəbbüsün həyata keçirilməsində tərəflərin ciddi çətinliklərlə üzləşəcəyi ehtimalı olduğundan hələlik yekun qərar verilməyib.

Xüsusilə nə qədər qəzzalının könüllü olaraq Liviyaya getməyə razı olacağı sualı açıq qalır. ABŞ administrasiyası fələstinliləri pulsuz mənzillə təmin etmək və ya hətta müavinətlər ödəmək kimi maddi stimulların təmin edilməsi imkanlarını nəzərdən keçirir. Amma bunun üçün Vaşinqtondan ciddi xərclər tələb olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki