Rusiya və Ukrayna arasında sülh yaxınlaşır.
Xeberaz.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər Zelenski bu razılaşmanı bəyənmirsə, onda, bilirsiniz, onlar mübarizəni davam etdirməlidirlər. Bilirsiniz ki, əgər o, bunu qəbul etməsə, ABŞ Ukraynaya dəstəyini dayandıracaq”, – deyə o bildirib.
ABŞ prezidenti əlavə edib ki, Ukrayna sülh planı ilə bağlı qərar qəbul etmək üçün tələsməlidir, çünki bu qış soyuq olacaq.


























