image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b49a6ccd236d57338953ac329f3eb1d0

Trampdan sarsıdıcı ittiham: “Ukrayna Baydendən aldığı pulları silaha xərcləməyib”

image-legitimaz-810x90

ABŞ prezidenti Donald Tramp Kiyevə ayrılan milyardlarla dollarlıq yardımların təyinatı ilə bağlı ciddi şübhə ifadə edib.

”Xeberaz.info” xəbər verir ki, o bəyan edib ki, Ukrayna Bayden administrasiyası tərəfindən təqdim olunan 350 milyard dollarlıq yardım və hərbi texnikanın hamısını silahlanmaya sərf etməyib.

“Bayden Kiyevə ya pul, ya da hərbi texnika şəklində 350 milyard dollar dəyərində dəstək verib. Ancaq mənə elə gəlir ki, Ukraynada həmin məbləğin hər dolları silah üçün xərclənməyib,” – deyə Tramp bildirib. ABŞ prezidenti əlavə edib ki, bu məsələ gələcəkdə araşdırılacaq və amerikalılar vəsaitlərin hara xərcləndiyini öyrənmək istəyəcək.

Tramp onu da vurğulayıb ki, bundan sonra Ukraynaya silah yardımı Avropa ölkələrinin öhdəsinə düşəcək və Birləşmiş Ştatlar artıq Kiyev üçün hərbi təchizatın maliyyəsini ödəməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki