image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-tramp-zelenski-yeni1

Tramp və Zelenskinin görüşü niyə belə vacibdir?

image-legitimaz-810x90

Prezident Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla sülh planının ən həssas məsələlərini müzakirə etmək üçün istənilən an görüşməyə hazırdır.

Xeberaz.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Teleqram hesabında yazıb.

“Ən həssas məsələlər – ərazilər, ordunun say tərkibi, alyans imkanları – Vladimir Zelenski və Donald Tramp arasında ən yüksək səviyyədə söhbət tələb edir. Zelenski belə bir görüşə istənilən an hazırdır. Aydındır ki, prezidentlərin şəxsi söhbəti olmadan ən həssas suallara korrekt cavab vermək mümkün deyil. Eləcə də aydındır ki, Rusiya hələlik müharibəni bitirmək istəyi göstərmir”, – deyə o izah edib.

O xatırladıb ki, ABŞ administrasiyasının sülh planı ilə bağlı mövqeyi var və Ukrayna bu mövzunu bir neçə platformada amerikalılar və avropalılarla müzakirə edir:

“Burada müharibənin dayandırılması üçün real mexanizm yaratmaq cəhdindən söhbət gedir: təhlükəsizlik təminatları, müttəfiqlərin rolu, təkrar təcavüz halında Rusiya üçün nəticələr. Bu, hər sözü qızıl dəyərində olan mürəkkəb və həssas bir müzakirədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki