image-1745310383-owl_detail_620_54b37f23cf991dddb6b71f881ff8f18f

Tramp Krımla bağlı suala belə cavab verdi

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya ərazisi kimi tanıması ilə bağlı suala cavab verib. 

Xeberaz.infoxarici KİV-ə istinadən xəbər verir ki,  o, bu barədə üç gün ərzində daha ətraflı danışacağını qeyd edib.

“Yaxın üç gün ərzində sizə tam məlumat verəcəyəm”, – Amerika lideri jurnalistin müvafiq sualına cavab verib.

Bundan əvvəl məlum olub ki, ABŞ sülh planının bir hissəsi kimi Ukraynaya Krımı Rusiya kimi tanımağı təklif edib. ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmisinin sözlərinə görə, sadalanan tələblər müzakirə üçün “potensial variantlar siyahısı”nın bir hissəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki