Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra müharibəni dayandırmaq üçün Vladimir Putinə bir sıra güzəştlər təklif edib. O, Ukraynanın beş regionunu, o cümlədən Krımı Rusiyaya “verəcəyini” və Ukraynanın NATO-ya üzv olmasına icazə verilməyəcəyini bildirib. Lakin Putin bu təklifləri qəbul etməyib.
”Xeberaz.info” xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger deyib.
“Tramp Krımı və bir neçə şərq bölgəsini, belə desək, gümüş nimçədə Putinə verdi, eyni zamanda Ukraynanın NATO-ya üzvlüyünü də istisna etdi. Bəs, Putin nə edir? O, ölkəyə qarşı məhvetmə müharibəsini davam etdirir”, – nazir bildirib.
O həmçinin bildirib ki, Kreml üçün bu müharibəni davam etdirmək getdikcə çətinləşir:
“Rusiya böyük itkilər verir. Nə vaxtsa Rusiyada tabutlar yığılmağa başlayacaq. Buna fəlakətli iqtisadi vəziyyəti də əlavə edin. Kreml üçün bu müharibəni davam etdirmək