image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-tokayev-yeni

Tokayevdən sülh razılaşmasına reaksiya

image-legitimaz-810x90

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir.

”Xeberaz.info” xəbər verir ki, bunu həmin ölkənin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.

Qazaxıstan prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub:

“Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların yeri kimi Almatı şəhərini təklif etməklə Azərbaycan və Ermənistan arasında belə mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki