image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8ad5414e41965513389173a4d4926492

TikTok fenomeni canlı yayımda qətlə yetirildi

image-legitimaz-810x90

Meksikada sosial şəbəkələrdə makiyaj videoları ilə məşhurlaşan 23 yaşlı TikTok fenomeni Valeria Markes canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.

Hadisə ölkədə geniş rezonans doğurub.

Yerli medianın məlumatına görə, qətldə əsas şübhəli Markesin sevgilisi olduğu iddia edilən və “Doble R” ləqəbi ilə tanınan cinayətkar kartelin üzvüdür. El Heraldo nəşri yazır ki, cütlük bir müddətdir münasibətdə olub və hücumun qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

İddialara görə, Valeria Markesin sosial şəbəkədəki izləyicilərindən aldığı bahalı hədiyyələr “Doble R”in qəzəbinə səbəb olub. Meksika mətbuatı bildirir ki, “Doble R” daha əvvəl də bir sıra zorakılıq və qətl hadisələrində iştirak edib. Onun adı 2012-ci ildə meyiti kanalizasiyada tapılan venesuelalı model Daisy Ferrer Arenasın qətli ilə də əlaqələndirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir./Manset.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki