image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-amea-1

Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

image-legitimaz-810x90

Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

Prezident cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı dövlət başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir. Ölkə başçısının səsləndirdiyi fikirlər elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj idi. Bu baxımdan, Prezidentin çıxışını “yol xəritəsi” adlandırmaq tam yerinə düşür. Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir. Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var: “Məhz onun dövlətçilik zəkası, uzaqgörən siyasəti və milli düşüncəyə əsaslanan yanaşması nəticəsində ölkədə elmin inkişafı üçün möhkəm ideoloji, maddi və institusional baza formalaşıb. Ümummilli Lider elmi yalnız bir fəaliyyət sahəsi kimi deyil, xalqın gələcəyi, milli düşüncənin, intellektual potensialın və dövlət müstəqilliyinin dayağı kimi qiymətləndirirdi. Ulu Öndər Azərbaycan elminə münasibətdə hər zaman prinsipial mövqe nümayiş etdirib. O, sovet dövründə belə milli elmi mühitin qorunması, Azərbaycan alimlərinin beynəlxalq səviyyədə tanınması və elmi tədqiqatların milli maraqlara xidmət etməsi üçün ardıcıl siyasət yürüdüb. Müstəqillik illərində isə Heydər Əliyev bu siyasəti yeni mərhələyə yüksəldərək, elm və təhsili dövlət quruculuğunun əsas sütunlarından biri elan edib. Prezident cənab İlham Əliyevin də bugünkü çıxışında qeyd etdiyi kimi, “Bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir”.

Prezident cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bir sıra strateji əhəmiyyətli məqamlara toxunub. Onlardan biri də süni intellekt sahəsi ilə bağlıdır: “Dövlət başçısı qeyd edib ki, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır. Bu fikirlər bir daha göstərir ki, Prezident cənab İlham Əliyev elmin müasir çağırışlarını dərindən təhlil edir və ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyanın və rəqəmsallaşmanın rolunu xüsusi vurğulayır”. Hazırda süni intellekt Azərbaycanda dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib :“Prezident cənab İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” bu sahənin inkişafına sistemli və ardıcıl yanaşmanın bariz nümunəsidir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu, dövlətin gələcəyə baxışını, elmi yeniliklərə açıq siyasətini və Azərbaycanı regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevirmək məqsədini əks etdirir.

Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki