image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1747830550

Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir

image-legitimaz-810x90

Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir.

Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda çox güclü mövqelərə sahib çıxmış,  nəticədə dünya ölkələri böyük etimad göstərərək, COP29 beynəlxalq konfransın Azərbaycanda keçirilməsi barədə səs vermişlər. Bu qərarın antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunması bir daha dünya ictimaiyyətinin ölkəmizə olan dəstəyinin ifadəsidir. Şübhəsiz ki, COP29 beynəlxalq konfrası yüksək səviyyədə keçirilmiş, dünya ictimaiyyəti ölkəmizin və xalqımızın növbəti uğuruna şahidlik etmişdir.

Bu tədbir vasitəsilə dünyanın hər yerindən insanlar bir araya gələrək problemin həll yollarını müzakirə edir, yeni təklif və təşəbbüslər irəli sürürlər. Konfransa gələn dövlət, hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, elm, sənət adamları və ekspertlər birgə fəaliyyət göstərərək bəşəri problemə çevrilən təhlükənin həlli istiqamətində yollar axtarırlar. Azərbaycanda keçirilən bu tədbir qlobal səviyyədə müsbət nümunəyə çevrilib.

Cənab Prezident İlham Əliyev 21 may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında qeyd etmişdir ki,  “Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi”.

Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbinin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki