image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20250523-wa0017

TDT ÖLKƏLƏRİ ARASINDA AZƏRBAYCAN BÖYÜK NÜFUZA VƏ HÖRMƏTƏ SAHİBDİR! 

image-legitimaz-810x90

TDT ÖLKƏLƏRİ ARASINDA AZƏRBAYCAN BÖYÜK NÜFUZA VƏ HÖRMƏTƏ SAHİBDİR!

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. TDT beynəlxalq sənədə görə beynəlxalq hökumətlərarası təşkilatdır. Bu gün Türkdilli ölkələrin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşmışdır. Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Ölkəmizin bu birliyin möhkəmləndirilməsinə töhfələri diqqətdədir. Ortaq soy-kök, tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkilatın müşahidəçi üzvü olan Macarıstanda keçirilməsi TDT-nin rəsmi Budapeştlə əlaqələrin inkişafına önəm verdiyini göstərir. Mayın 20-də Cənab Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı Baş nazir Viktor Orbanla keçirdiyi yüksəksəviyyəli görüş bu münasibətin dərinləşməsinə, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açıb. Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. İki ölkə arasında yüksəksəviyyəli səfərlər münasibətlərin inkişafına təkan verib. Cənab Prezident İlham Əliyevin Macarıstana səfərləri və Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri zamanı bir sıra mühüm sənədlər imzalanıb. 2014-cü ildə Budapeştdə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyib. Təqribən 11 milyon kvadrat kilometr ərazini, 200 milyon nəfərə qədər əhalini ehtiva edən Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir. Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatlarının məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn yolun, Macarıstanın timsalında Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı cənab İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını  Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi. Təbii ki, bu dəvət, həmçinin Azərbaycanın türk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər  özündə Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı  səsləndirilən əminliyin əməldə öz təsdiqini tapmasıdır. Hazırda dünyada baş verən münaqişələr və ziddiyyətlər fonunda  bu qəbildən olan tədbirlərin keçirilməsi Türk birliyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Cənab Prezidentin çıxışında səslənən fikirlərdən aydın görünür ki, xüsusi əhəmiyyətə malik regionun mərkəzində yerləşən ölkəmizin Türk Dövlətləri Təşkilatında fəaliyyəti diqqəti cəlb edir. Çünki bu fəaliyyət ilk növbədə Türk dövlətlərinin inteqrasiyasına, iqtisadi cəhətdən inkişafına və nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə hesablanmışdır.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının məsləhətçisi

Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki