image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-_fkh2988_89_90_tonemapped

Tarixi qərar

image-legitimaz-810x90

1992-ci il 21 noyabr tarixi müstəqil Azərbaycanın siyasi yaddaşında dönüş nöqtəsi kimi xüsusi yer tutur. Bu gün keçirilən təsis konfransı ilə ölkənin gələcək siyasi kursunu, dövlətçilik yolunu və milli inkişaf modelini müəyyən edən Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. XX əsrin sonlarında ölkədə dərin siyasi böhran, idarəetmə boşluğu, iqtisadi tənəzzül və separatizm meyilləri Azərbaycan dövlətçiliyini ciddi təhlükə altına almışdı. Belə bir həssas mərhələdə xalqın tələbi və çağırışı ilə formalaşan Yeni Azərbaycan Partiyası həm siyasi nizamlanmanı, həm də dövlətin xilası üçün strateji alternativ kimi meydana çıxdı.Təsis konfransı Azərbaycan siyasi sisteminin formalaşmasında həlledici rol oynayan tarixi qərarların qəbul edildiyi mühüm platforma oldu. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarın qəbulu, eləcə də partiyanın Nizamnaməsinin və Proqramının təsdiqi ölkənin gələcək demokratik siyasi strukturunun ideya-siyasi əsaslarını müəyyənləşdirdi. Bu qərarlar yalnız bir siyasi təşkilatın təsisi deyil, həm də müstəqil Azərbaycan dövlətinin ideoloji dayaqlarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyırdı. Konfransın ən mühüm hadisələrindən biri Ulu Öndər Heydər Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilməsi oldu. Bu seçim həm ictimai etimadın, həm də milli xilasa yönəlmiş ümumxalq dəstəyinin təcəssümü idi. Heydər Əliyevin siyasi liderliyinin yenidən ölkənin siyasi həyatına qayıdışı Azərbaycan dövlətçiliyinin xilasının, sabitliyin və inkişafın əsas təminatına çevrildi. Onun rəhbərliyi altında partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri seçildi və bununla da partiyanın təşkilati strukturu tam formalaşdı.

Təsis konfransı ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın gələcək inkişaf xəttini müəyyən edən, ölkənin ağır sınaqlar dövründən çıxmasını təmin edən və dövlət quruculuğunun əsas ideoloji dayaqlarından birinə çevrilən siyasi qüvvə oldu. Bu tarixi qərar nəticəsində Azərbaycan siyasətində sistemlilik, idarəetmədə məsuliyyət və dövlətçilik ənənələrinə əsaslanan yeni mərhələ başladı. 21 noyabr 1992-ci ildə keçirilmiş təsis konfransı yalnız bir siyasi təşkilatın yaradılması deyil, Azərbaycan dövlətinin sabitlik və tərəqqi yoluna çıxmasının rəsmi başlanğıcı oldu.

Zərdab rayon Məmmədqasımlı kənd ağsaqqalı-Məhəmmədov Qalib Soltan oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki