image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2jpg-1720591431

Şuşa Bəyannaməsi bütün türk dövlətlərinin birliyinin yol xəritəsidir

image-legitimaz-810x90

Şuşa Bəyannaməsi bütün türk dövlətlərinin birliyinin yol xəritəsidir

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha önəmlidir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da gücləndi. Eyni zamanda, Şuşa Bəyannaməsi Türk dövlətlərinin birliyinə də hələ uzun illər şanlı töhvələr verəcək tarixi sənəddir. Bu bəyannamə bu regiona pis niyyətlərlə uzanan əllərə çox ciddi bir cavab idi.

Ən əsası, 15 iyun Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi bütün türk dövlətlərinin birliyinin yol xəritəsidir.

Şuşa Bəyannaməsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən digər bir məsələ Zəngəzur dəhlizidir. Dəhlizin reallaşması təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Avrasiya məkanında nəqliyyat və ticarət axınlarının yenidən təşkilinə səbəb olacaqdır. Zəngəzur dəhlizi regionda yeni bir geoiqtisadi cazibə mərkəzinin formalaşmasına yol açır. Bu layihə vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ticarət və kommunikasiya imkanları genişlənəcək, Türkiyə və Azərbaycanın logistik mərkəz kimi rolunu gücləndirəcəkdir. Bu baxımdan, Zəngəzur təkcə iqtisadi deyil, həm də geosiyasi balansın yenidən qurulmasında açar rola malikdir.

Şuşa Bəyannaməsinin iqtisadi müddəaları ölkələr arasında qarşılıqlı investisiya qoyuluşlarının təşviqi və ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində mühüm çərçivə yaradır. Qarşılıqlı investisiyalar təkcə kapital axını ilə məhdudlaşmır, həm də innovativ texnologiyaların transferi, insan kapitalının inkişafı və sənaye əməkdaşlığının güclənməsi ilə nəticələnir. Azərbaycan və Türkiyə iqtisadi modellərinin bir-birini tamamlaması, bu əməkdaşlığın sinerji yaratmasına şərait yaradır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası”, rəqəmsal infrastrukturlar və ağıllı kənd layihələri bu sahədə əməkdaşlığın konkret nəticələrini göstərir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki