İyulun 13-dən Suriyanın cənubundakı Suveyda əyalətində davam edən silahlı toqquşmalar nəticəsində 298 dinc sakin həlak olub, qarşıdurmada ölənlərin ümumi sayı 1119 nəfərə çatıb.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb.
Bildirilib ki, druzların özünümüdafiə dəstələrinin sıralarında 427 döyüşçü öldürülüb. Sabitliyi bərpa etmək üçün Dəməşqdən cənub bölgələrinə göndərilən Daxili İşlər və Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstələri 354 nəfər, hökumətyönlü ərəb qəbilə qrupları isə 21 döyüşçüsünü itirib.
İsrailin hava hücumları nəticəsində daxili təhlükəsizlik qüvvələrinin daha 19 əməkdaşı həlak olub.