Hələbdə Suriya ordusu ilə kürd YPG yaraqlıları arasında toqquşmalar başlayıb.
“Xeberaz.info” xəbər verir ki, bu barədə Suriya KİV-ləri məlumat dərc edib.
Məlumata görə, silahlı qruplaşma Suriya hökuməti ilə martın 10-da imzalanmış müqaviləni pozaraq şəhərdəki təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edib. Hazırda Şeyx Məqsud və Əşrəfiyə bölgələrində şiddətli döyüşlər gedir.