image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

image-legitimaz-810x90

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.

Fevralın 11-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirə təkcə texnoloji məsələlərin müzakirəsi deyildi. Bu müşavirə Azərbaycanın dövlət idarəçiliyinin yeni mərhələsini göstərən və ölkədə rəqəmsal idarəetmənin yeni mərhələyə qədəm qoyduğunu xəbər verən mühüm siyasi hadisə idi. Prezident xüsusi vurğuladı ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır. Dövlət başçısının fikrincə, süni intellekt texnologiyaları idarəetmədə çevikliyi artırır, qərarların qəbulunu sürətləndirir və insan amilindən qaynaqlanan səhvləri minimuma endirir. Elektron xidmətlərin daha da təkmilləşdirilməsi, müraciətlərin operativ cavablandırılması və məlumatların dəqiq təhlili məhz bu texnologiyaların tətbiqi ilə mümkündür. Bu isə vətəndaş–dövlət münasibətlərində yeni keyfiyyət mərhələsi yaradır.

Müşavirədə qeyd olundu ki, rəqəmsal həllərin geniş tətbiqi korrupsiya risklərinin azalmasına, şəffaflığın artmasına və resurslardan daha səmərəli istifadəyə xidmət edir. Süni intellekt əsaslı sistemlər böyük həcmli məlumatları qısa müddətdə emal edərək strateji planlaşdırma üçün dəqiq proqnozlar təqdim edə bilər. Bu da dövlət siyasətinin daha əsaslı və nəticəyönümlü qurulmasına imkan yaradır. Prezident İlham Əliyevin çağırışı göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı prioritet istiqamət kimi müəyyənləşdirib. Süni intellektin dövlət qurumlarında geniş tətbiqi ölkənin idarəetmə modelini müasirləşdirəcək, innovativ yanaşmaları təşviq edəcək və dayanıqlı inkişaf məqsədlərinə çatmaqda mühüm rol oynayacaq.

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki