Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir
Azərbaycan yeni tarixi mərhələnin astanasındadır. Bu mərhələ artıq yalnız neft-qaz strategiyası, nəqliyyat dəhlizləri və sənaye parkları ilə ölçülmür. XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlətimizin başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu, sadəcə texnoloji yenilənmə deyil, strateji seçimdir.
Azərbaycanın coğrafi mövqeyi – Asiya ilə Avropanın kəsişməsində yerləşməsi indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlük rəqəmsal magistrallara çevrilməlidir. “Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident cənab İlham Əliyev müşavirədə vurğuladı ki, son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə edilməyən potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın yaşıl enerji əsasında fəaliyyət göstərən data mərkəzləri qurmaq imkanını genişləndirir və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.
İnvestisiya mühiti də rəqəmsal transformasiya üçün əlverişlidir. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Xarici investisiyaların qorunması, uzunmüddətli neft-qaz müqavilələrinin sabit icrası transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq modelini formalaşdırıb. Bütün bu proseslərin mərkəzində insan amili dayanır: “Rəqəmsal dövlət yalnız rəqəmsal nəsillə mümkündür. Prezident cənab İlham Əliyevin müşavirədə səsləndirdiyi ən strateji fikirlərdən biri orta məktəblərdə süni intellektlə bağlı ilkin biliklərin tədris proqramına daxil edilməsinin vacibliyi idi. Dövlətimizin başçısı vurğuladı ki, bu, uzunmüddətli prosesdir və gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Bu baxış qlobal təcrübə ilə tam səsləşir. ABŞ-da məktəblərdə hesablama təfəkkürü tədris olunur, Çin süni intellekti proqramlara daxil edib, Cənubi Koreya və Sinqapur ibtidai siniflərdən kodlaşdırmanı öyrədir. Çünki gələcəyin iqtisadiyyatı alqoritmlər üzərində qurulur”. Azərbaycanda da məktəblərdə süni intellektə dair biliklərin aşılanması yalnız proqramlaşdırma öyrətmək demək deyil. Bu, analitik düşüncə, problem həlletmə bacarığı, məlumat təhlükəsizliyi və rəqəmsal etik mədəniyyətin formalaşdırılması deməkdir. Şagird süni intellektin mahiyyətini, imkanlarını və risklərini anlamalıdır. Bunun üçün müəllim hazırlığı, müasir tədris materialları və məktəblərin texniki təminatı gücləndirilməlidir. Regionlarda da eyni imkanların yaradılması rəqəmsal bərabərliyi təmin edəcək.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc