image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-cc9c7a8acde1d53c307928df46c03b9b

Sumqayıtda zavodda partlayış – Xəsarət alan var

image-legitimaz-810x90

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində zavodda baş verən partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, 09.01.2026-cı il tarixdə saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs hospitalizasiya olunub.

Göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

***

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki