image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baku-bay

Strateji Tərəfdaşlıqlar Fonunda Azərbaycanın Rəqəmsal Diplomatiyası

image-legitimaz-810x90

Strateji Tərəfdaşlıqlar Fonunda Azərbaycanın Rəqəmsal Diplomatiyası

 

Qloballaşan dünyada texnologiya və innovasiya artıq dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilmişdir. İlham Əliyev rəhbərliyi ilə Azərbaycan bu reallıqları düzgün qiymətləndirərək beynəlxalq tərəfdaşlıqlarını yeni – rəqəmsal və innovativ məzmunla zənginləşdirir.

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi sərmayələr, süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Xartiyanın “İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur” bölməsi göstərir ki, hər iki ölkə innovasiya mühitinin inkişafı, özəl sektor kapitalının təşviqi, data mərkəzlərinin yaradılması və texnoloji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində birgə fəaliyyətə hazırdır.

Bu sənəd Azərbaycanın qlobal texnoloji şəbəkələrə inteqrasiyasını sürətləndirən mühüm siyasi-hüquqi çərçivədir. Eyni zamanda, Avropa İttifaqına üzv bir sıra dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu və ötən il Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədinin imzalanması ölkəmizin çoxvektorlu siyasətinin göstəricisidir.

Azərbaycanın coğrafi mövqeyi – Asiya ilə Avropa arasında körpü rolunu oynaması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi – rəqəmsal bağlantılar baxımından da mühüm üstünlük yaradır. Xəzər dənizi vasitəsilə Şərq istiqamətində fiber-optik kabel layihəsinin icrası və Qərb istiqamətində yeni bağlantıların planlaşdırılması ölkəmizi regional data və kommunikasiya qovşağına çevirə bilər.

Mən hesab edirəm ki, strateji tərəfdaşlıqların rəqəmsal müstəviyə daşınması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. Çünki müasir dövrdə siyasi və iqtisadi güc texnoloji potensialla sıx bağlıdır. Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə imzaladığı sənədlər bu sahədə böyük perspektivlər açır və ölkəmizin qlobal rəqəmsal transformasiya prosesində fəal iştirakını təmin edir.

 

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki