Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır
Slovakiya və Azərbaycan arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və etimad üzərində qurulub. Hər iki ölkə beynəlxalq arenada biri-birinin mövqelərini dəstəkləyir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Slovakiya üçün etibarlı tərəfdaşdır. Slovakiya isə Avropa İttifaqında Azərbaycanın mühüm dost ölkələrindən biri sayılır. İki dövlət arasında siyasi dialoq müntəzəm və səmimi şəkildə aparılır. Slovakiya rəsmiləri defələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bəyan ediblər. Azərbaycanın Slovakiya ilə iqtisadi əməkdaşlığı son illərdə daha da genişlənib. Xüsusilə enerji, nəqliyyat və logistika sahələrində böyük potensial mövcuddur. Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolu Slovakiya üçün böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, Slovakiya şirkətləri ölkəmizdə müxtəlif infrastruktur layihələrində iştirak edir. Turizm sahəsində də əməkdaşlıq diqqət çəkir. Slovakiyadan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Təhsil və mədəniyyət sahəsində də tərəfdaşlıq getdikcə inkişaf edir. Hər iki ölkənin universitetləri arasında tələbə mübadiləsi proqramları mövcuddur. Mədəniyyət günləri, sərgilər və tədris layihələri xalqlar arasında yaxınlaşmanı daha da gücləndirir. Slovakiya Azərbaycanın Avropa ilə əlaqələrində mühüm dost ölkə kimi çıxış edir. Azərbaycan isə Slovakiya üçün Cənubi Qafqazda sabit və etibarlı tərəfdaşdır. Bu əməkdaşlıq qarşılıqlı fayda və uzunmüddətli perspektiv üzərində qurulub. Gələcək illərdə iki ölkə arasında əlaqələrin daha da güclənəcəyi gözlənilir.
Zülfiyyə Əhmədova – Zərdab şəhər 3 nömrəli tam orta ümumutəhsil məktəbinin direktoru


























