Slovakiya və Azərbaycan arasında dostluq münasibətləri təkcə diplomatik səviyyədə deyil, həm də xalqların qəlbində möhkəm yer tapmışdır
Müasir beynəlxalq münasibətlər sistemində ölkələr arasında etimada, qarşılıqlı rəyə və uzunmüddətli əməkdaşlığa əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Slovakiya və Azərbaycan əlaqələri nümunəvi xarakter daşıyır. Uzaq coğrafi məsafəyə baxmayaraq, bu iki dövlət arasında formalaşmış siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni yaxınlıq və humanitar əlaqələr onları sözün əsl mənasında dost ölkələr və strateji tərəfdaşlar səviyyəsinə yüksəltmişdir.
Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər hələ 1990-cı illərin əvvəllərində qurulmağa başlayıb və illər keçdikcə ardıcıl şəkildə inkişaf etdirilib. Hər iki ölkə suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquqa hörmət prinsiplərini yüksək qiymətləndirir. Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi ardıcıl dəstək, xüsusilə də 2020-ci ildən sonra regional reallıqlar fonunda bu münasibətlərin səmimi xarakter daşıdığını göstərir.
İki ölkə prezidentləri, parlament rəhbərləri və hökumət nümayəndələri arasında keçirilən görüşlər siyasi dialoqu daha da intensivləşdirir. Bu dialoq yalnız rəsmi münasibətlərin deyil, həm də strateji düşüncənin inkişafına xidmət edir.
Slovakiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın zəngin enerji resursları, Slovakiyanın isə sənaye, maşınqayırma və texnologiyalar sahəsindəki təcrübəsi iki ölkə arasında tamamlayıcı əməkdaşlıq yaratmışdır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Slovakiya üçün xüsusi əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizinin fəaliyyəti Slovakiya kimi Mərkəzi Avropa ölkələrinin alternativ enerji mənbələrinə çıxışını genişləndirir. Bu isə iki ölkı arasında strateji tərəfdaşlığın enerji ölçüsünü daha da gücləndirir.
Slovakiya şirkətlərinin Azərbaycanda mühəndislik, energetika avadanlıqları, nəqliyyat və infrastruktur layihələrində iştirakı qarşılıqlı investisiya imkanlarını genişləndirir. Azərbaycan da öz növbəsində Slovakiya bazarına maraq göstərir, bu da ticarət dövriyyəsini davamlı şəkildə artırır.
Son illərdə müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi ön plana çıxıb. Slovakiyanın texnoloji potensialı, Azərbaycanın isə hərbi sənayenin modernləşdirilməsi sahəsində atdığı addımlar ortaq layihələrin formalaşmasına zəmin yaradır. Bu əməkdaşlıq təkcə iki ölkənin müdafiə imkanlarını gücləndirmir, həm də regional təhlükəsizliyə töhfə verir.
Slovakiya və Azərbaycan arasında mədəni əməkdaşlıq dostluq münasibətlərinin dərinləşməsində mühüm rol oynayır. Bakı və Bratislava şəhərlərində keçirilən sərgilər, konfranslar, ədəbi-mədəni layihələr xalqlar arasında qarşılıqlı xoş münasibətlərin möhkəmlənməsinə şərait yaradır.
Tələbə mübadiləsi, turizm axınının artması, birgə incəsənət layihələri və diasporların fəaliyyəti bu əlaqələri daha da zənginləşdirir. Mədəni əlaqələr xalqlar arasında səmimi dostluq mühiti formalaşdırır və strateji tərəfdaşlığı sosial-humanitar baxımdan gücləndirir.
Slovakiya və Azərbaycan beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyərək əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır. Hər iki ölkənin BMT, ATƏT, NATO tərəfdaşlıq proqramları, Avropa strukturları daxilində apardığı işlər tərəfdaşlığın çoxşaxəli xarakter daşıdığını göstərir.
Slovakiyanın Azərbaycanla münasibətlərə balanslı, ədalətli və qarşılıqlı hörmətə əsaslanan yanaşması Avropa İttifaqı–Azərbaycan münasibətlərinə də müsbət təsir göstərir.
Vüsalə Kərimova – Zərdab şəhər 1 nömrəli məktəb liseyn direktoru


























