Şimali Koreya yaxın iki ay ərzində Rusiyaya əlavə hərbi qüvvələr göndərə bilər.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Röyters” Cənubi Koreya kəşfiyyatına istinadla məlumat verib.
Qeyd olunub ki, Pxenyan Rusiyaya artilleriya sursatları tədarük etməyə davam edir və əvəzində peyk buraxılışı və raket idarəetmə sistemləri üzrə texniki məsləhətlər alır.