image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-87494a392c1f5859e19d3a6255d6c2e4

Şimali Koreya Rusiyaya döyüş sursatlarının 40 faizini verir – Budanovdan ŞOK AÇIQLAMA

image-legitimaz-810x90

Ukrayna Hərbi Kəşfiyyatının (GUR) rəhbəri Kirill Budanov Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi döyüş sursatlarının təxminən 40 faizinin Şimali Koreyadan (KXDR) gəldiyini bildirib.

”Xeberaz.info”  xəbər verir ki, Budanov bu barədə Bloomberg agentliyinə açıqlamasında danışıb. Onun sözlərinə görə, Moskva bunun müqabilində Pxenyana pul və texnologiyalar verir, həmçinin sanksiyalardan yayınmasına kömək edir.

“Onlarda (KXDR-də) yaxşı silahlar, böyük ehtiyatlar və sutka ərzində fasiləsiz çalışan istehsal xətləri var”, – deyə Budanov vurğulayıb.

Bu açıqlama Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlıq səviyyəsinin nə qədər dərin olduğunu ortaya qoyur. Mütəxəssislər hesab edirlər ki, bu cür əməkdaşlıq beynəlxalq sanksiyalara və regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki