image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-166921c8-75d5-4060-893c-ef4a974b7cd3

Seneqallı nazir “ASAN xidmət”də

image-legitimaz-810x90

Seneqalın rabitə, telekommunikasiya və rəqəmsal məsələlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.

”Xeberaz.info” xəbər verir ki,seneqal tərəfinin təşəbbüsü əsasında baş tutan görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb.

Görüş zamanı cari ilin iyun ayında “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub.

Qonaqlar, həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

image-274d645e-a121-4fc5-a065-dbfb60a959cdimage-166921c8-75d5-4060-893c-ef4a974b7cd3image-f199db3c-607d-4397-a90b-caa1b4ef8063image-ccce1b0b-0368-451a-9660-dad8601e3269


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki