image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-yangin-ev

Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın

image-legitimaz-810x90

Şəmkir şəhərində yanğın baş verib.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 1200 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları 30 m² sahədə və 2-ci mərtəbədə bitişik iki mənzilin eyvanlarının dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.

Yüksək temperaturdan hər iki mənzilin eyvanının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Dam örtüyünün və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki