image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20250730-wa0017

Şəhid və qazi övladları üçün təşkil edilən 5-ci Əmanət Yay Düşərgəsi uğurla yekunlaşıb- FOTO

image-legitimaz-810x90

26–29 iyul 2025-ci il tarixlərində şəhid və qazi övladlarının fərdi inkişafına dəstək göstərən “Əmanət” Layihəsinin 5-ci Yay Düşərgəsi uğurla keçirilib. Builki düşərgə ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

‘Xeberaz.info’‘ xəbər verir ki, düşərgə Bakı Dövlət Universiteti (BDU), İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, BDU Könüllüləri və “Əmanət” Layihəsinin birgə təşkilatçılığı ilə Quba rayonunda təşkil edilib. Dörd gün davam edən düşərgədə 23 şəhid və 17 qazi övladı, həmçinin BDU tələbələri iştirak ediblər.

Düşərgə çərçivəsində iştirakçılar üçün aşağıdakı fəaliyyətlər həyata keçirilib:

  • Fərdi inkişaf və karyera yönümlü təlimlər
  • Qrup məşğələləri
  • Ebru sənəti və boyama üzrə yaradıcılıq master-klasları
  • İdman yarışları, əyləncəli oyunlar
  • Qubanın görməli yerlərinə ekskursiyalar
  • Müzakirə saatları

İştirakçılar düşərgədə həm öyrəniblər, həm də sosiallaşaraq yeni dostluqlar qurublar. Fəal və məhsuldar keçən 4 gün ərzində onların sosial, emosional və intellektual inkişafına töhfə verən çoxsaylı tədbirlər təşkil olunub.

Builki düşərgədə ilk dəfə olaraq “Əmanət Kuboku” adlı idman turniri keçirilib. Qızlar arasında voleybol, oğlanlar arasında isə futbol yarışları baş tutub. “Əmanət Kuboku”nun gələcək illərdə ənənəvi olaraq keçirilməsi planlaşdırılır.

Qeyd edəki ki, “Əmanət” Layihəsi 5 ilə yaxındır ki, şəhid və qazi övladlarının inkişafına hərtərəfli dəstək göstərir. Layihə çərçivəsində fərdi inkişaf proqramları, psixoloji xidmətlər, sosial ziyarətlər, təhsil ləvazimatlarının təminatı, düşərgələr və müxtəlif tədbirlər təşkil edilir.

image-img-20250730-wa0019 image-img-20250730-wa0015 image-img-20250730-wa0016 image-img-20250730-wa0017 image-img-20250730-wa0018 image-img-20250730-wa0020 image-img-20250730-wa0021 image-img-20250730-wa0022 image-img-20250730-wa0023 image-img-20250730-wa0024 image-img-20250730-wa0025 image-img-20250730-wa0026

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki